"People" jurnalının versiyasına görə dünyanın ən gözəl qadını seçilən 43 yaşlı amerikalı aktrisa Enn Heteuey uzun illər ciddi görmə problemindən əziyyət çəkdiyini ictimaiyyətə açıqlayıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, 30 yaşından 40 yaşına qədər onda katarakta (mirvari suyu) olub və bu səbəbdən sol gözü ilə demək olar ki, heç nə görməyib.
"Bu, yəqin ki, həddindən artıq şəxsi məlumatdır, lakin mən 10 il ərzində yarıkor vəziyyətdə idim", - deyə "Şeytan Prada geyinir" filminin ulduzu bəyan edib.
Heteuey yalnız 40 yaşında əməliyyat olunub. Aktrisa etiraf edib ki, müdaxilədən sonra bu patologiyanın onun sinir sisteminə nə dərəcədə güclü təsir etdiyini yalnız indi anlamağa başlayıb.
Aktrisa zarafatla qeyd edib ki, bəlkə nə vaxtsa plastik əməliyyat da etdirə bilər.