Filipp Kirkorovun  gizli sevgilisi   kim imiş? - Maraqlı etiraf
05 iyun 2023 17:41 (UTC +04:00)

Filipp Kirkorovun gizli sevgilisi kim imiş? - Maraqlı etiraf

Filipp Kirkorov Alla Puqaçova ilə evləndiyinə görə peşman olduğunu etiraf edib.

Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, Rusiya estradasının krali bir zamanlar kraliça qədər nüfuza sahib olmuş Alla Puqaçova ilə evlənməzdən öncə müğənni Nataşa Korolyovaya aşiq olduğunu bildirib.

“Mən əslində Nataşa ilə evlənəcəkdim. 1994-cü ildə ona heyran idim. Bu barədə danışmışdıq. Amma birdən-birə özümü Alla ilə nikah masasında gördüm. Nataşaya görə peşmanam. Onu çox sevirdim. Nataşa əzizim, səni əllərimin üstündə gəzdirməyə hazıram, ruhum mənim, səndən üzr istəyirəm”, -  Kirkorov şou-proqramlardan birində deyib.

Qeyd edək ki, Filipp və Alla 1994-cü ildə evlənib, 2005-ci ildə boşanıblar.
 

# 2034
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar