58 yaşlı Hollivud aktyoru Conni Depp keçmiş həyat yoldaşı, 35 yaşlı aktrisa Ember Herdlə məhkəməyə çıxacaq.
Lent.az “Deadline” nəşrinə istinadən xəbər verir ki, məhkəmədə iş adamı İlon Mask və Ember Herdin keçmiş sevgilisi aktyor Ceyms Franko şahid qismində iştirak edəcək.
Aktrisa Depplə hələ evli olarkən onu hər ikisi ilə aldadıb.
Məhkəmədə Franko və Maskdan başqa Deppin dostu, aktyor Pol Bettani də iştirak edəcək.
Bundan əlavə, Heardın digər məşhurlarla, xüsusən də Ceyson Momoa və Brayan Lourdla yazışmaları oxunacaq.
Keçmiş sevgililər arasındakı məhkəmə çəkişməsinin məbləği 100 milyon dollardır.
Xatırladaq ki, Conni Depp 2019-cu ildə keçmiş həyat yoldaşı Amber Heardın məişət zorakılığı iddialarına görə ona qarşı böhtan iddiası qaldırmışdı. Dava illər boyu uzanıb.
Depp həyat yoldaşını nalayiq davranışda və xəyanətdə ittiham edib.