Hollivud ulduzuna saxtakar və ikiüzlü dedilər –  Görün nəyə görə
02 iyun 2023 18:10 (UTC +04:00)

Hollivud ulduzuna saxtakar və ikiüzlü dedilər – Görün nəyə görə

Hollivud ulduzu Leonardo Di Kaprio uzun müddətdir ətraf mühitin mühafizəsi dərnəyinə rəhbərlik edir.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, o indiyədək ekologiyanın qorunması üçün milyon dollarlara ianə verib.

Lakin ekofəallar onun saxtakarlıqda və ikiüzlülükdə ittiham ediblər.

Onlar yaxın günlərdə Hollivud ulduzunun özəl təyyarə ilə Sardiniya hava limanına düşdüyünü görüblər. Özəl təyyarələr digər sərnişin təyyarələrinə nisbətən havaya 37 dəfə çox karbon qazı buraxır. Ekofəallar təbiəti mühafizə etdiyini deyən adamı təbiətə zərbə vurmaqda ittiham edərək, saxtakar və ikiüzlü adlandırıblar.

“Danışdığı ilə əməlləri düz gəlmir. Saxtakar!”, - onlar bildiriblər.

# 2637
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar