Madonna yubiley albomunun şərəfinə yeni fotosessiya ilə  pərəstişkarlarını valeh etdi
13 noyabr 2025 19:20 (UTC +04:00)

Madonna yubiley albomunun şərəfinə yeni fotosessiya ilə pərəstişkarlarını valeh etdi

0

Madonna pərəstişkarlarını yenidən valeh edib: 67 yaşlı pop kraliçası yeni dəbdəbəli albomu üçün tizer paylaşaraq açıq-saçıq geyimdə poza verib.

Lent.az-ın xarici medaya istinadla xəbərinə görə, o, geniş yaxalı və torlu corablı şəffaf don geyinib. O, görünüşünü klassik qəhvəyi rəngli Gucci xəz paltosu və qızılı Gina ayaqqabıları ilə tamamlayıb.

маль.jpg (81 KB)

Başqa bir fotosessiyada Madonna parlaq qara gödəkçə və bəzəkli cins şalvar geyinərək pilləkənlərdən enib, dodaqlarında siqaret tutub. O, görünüşünü günəş eynəyi və qara barmaqsız əlcəklərlə tamamlayıb.

маль1.jpg (88 KB)

"Disko dövrü davam edir! "Confessions On A Dance Floor" mahnısını təkrar-təkrar dinləmək - çox əyləncəlidir! Şkafımda o dövrə aid bir cüt Gina rəqs ayaqqabısı və Gucci gödəkçəsi tapdım. Rəqs etmək vaxtıdır! Gələn il "Confessions Part 2" mahnısını sizinlə bölüşmək üçün səbirsizlənirəm!", - o, fotoya şərh yazıb.

маль2.jpg (97 KB)

Yeni buraxılış olan Confessions On A Dance Floor: Twenty Years Edition, orijinal albomun 20-ci ildönümünü qeyd edir və 20 trekdən ibarətdir: albomun orijinal fasiləsiz miksi və səkkiz əlavə mahnı.

маль3.jpg (98 KB)

маль4.jpg (104 KB)

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 250

Oxşar yazılar