Məşhur aktrisa əri ilə münasibətlərindən  danışıb   ağladı
29 fevral 2024 17:48 (UTC +04:00)

Məşhur aktrisa əri ilə münasibətlərindən danışıb ağladı

Dünya şöhrətli müğənni və aktrisa Cennifer Lopez əri Ben Afflekin ona bəxş etdiyi sevgidən danışıb.

O yeni sənədli filminin təqdimat mərasimində Ben Affleklə münasibətinin ona nələr verməsindən danışanda göz yaşlarını saxlaya bilməyib.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, "The Greatest Love Story Never Told" adlı yeni sənədli film Lopes ilə əri Bein eşq hekayəsindən bəhs edir.

54 yaşlı aktrisa əri haqqında yüksək fikirlər söyləyib. Cennifer ağlaya-ağlaya etiraf edib ki, Ben onun özünə inamını artırıb.

"Onun mənə dedikləri və məndə gördükləri yalnız sevgidən qaynaqlanır. Çünki başqa heç kim mənə bunu Ben Afflek kimi göstərə bilməzdi" , - o bildirib.

Cennifer etiraf edib ki, Ben diqqət mərkəzində olmaqdan "narahatdır", lakin o, yenə də onun yaradıcılıq cəhdlərini məmnuniyyətlə dəstəkləyib və hər addımda ona dəstək olub.

On illik ayrılıqdan sonra onunla yenidən görüşən Cennifer deyib: "Biz indi tamamilə fərqli insanlarıq, amma sevgimiz dəyişməyib”.
 

# 4812
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

Dünyanın ən seksual idmançısı geyimi ilə heyran etdi

Dünyanın ən seksual idmançısı geyimi ilə heyran etdi

18 may 2024 , 16:58
Rəşad Dağlının qızı əməliyyat olundu - VİDEO

Rəşad Dağlının qızı əməliyyat olundu - VİDEO

18 may 2024 , 12:09
Ancelina Coli yeni sevgilisi ilə  GÖRÜNTÜLƏNDİ

Ancelina Coli yeni sevgilisi ilə GÖRÜNTÜLƏNDİ

18 may 2024 , 10:45
5 güləşçimiz qitə çempionatının final mərhələsinə yüksəldi

5 güləşçimiz qitə çempionatının final mərhələsinə yüksəldi

18 may 2024 , 04:21
Beyons elə bir şəkil çəkdir ki...

Beyons elə bir şəkil çəkdir ki...

18 may 2024 , 03:23
Britaniyanın  ilk milyarder musiqiçisi   Pol Makkartni

Britaniyanın ilk milyarder musiqiçisi Pol Makkartni

17 may 2024 , 18:00
Beren Saat müalicəyə başladı

Beren Saat müalicəyə başladı

17 may 2024 , 17:15
Səhnədə gənc müğənninin üst geyimi  açıldı

Səhnədə gənc müğənninin üst geyimi açıldı

16 may 2024 , 20:50