Məşhur müğənnini PRODÜSERİ ZORLADI  - FOTO
22 may 2021 05:16 (UTC +04:00)

Məşhur müğənnini PRODÜSERİ ZORLADI - FOTO

Müğənni Ledi Qaqanın 19 yaşı olanda prodüseri zorlayıb və hamilə qalıb. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Şahzadə Harri və Opra Uinfrinin “Görmədiyiniz mən” sənədli filmində deyib.  Film məşhur müğənninin prixoloji sağlamlıq problemlərindən bəhs edir. 

Müğənninin sözlərinə görə, o zaman 19 yaşı olub və artıq işləyirmiş. Prodüsseri həmin vaxt qarşısında sərt ultimatum irəli sürüb – ya paltarını soyunur, ya da bütün yazılanları yandıracaq.

“Mən imtina etdim. Getdim, sonra mənə bütün yazılanları yandıracağını söylədi. O, bununla da kifayətlənmədi. Məndən istəyini yerinə yetirməyimə israr etdi və mən qayıtdım.  Sonra nə baş verdiyini xatırlamıram”, - Ledi Qaqa söyləyib. 

Müğənni şiddətli ağrı və tam uyuma hiss etdiyini söyləyib. Bundan sonra hamilə qalıb və bir neçə həftə xəstə olub. 

Qaqa daha sonra sinir böhranı keçirib, dəhşətli bir depressiyaya düşüb və yalnız bir neçə il sonra müğənni xəstəxanaya yerləşdirilib və burada psixiatrik yardım alıb.

Bununla belə, 35 yaşlı ulduz, onunla yenidən görüşmək istəmədiyi üçün ona təcavüz edən prodüserin adını açıqlamayıb.
 

# 10305
avatar

Oxşar yazılar