Məşhur müğənninin narkotik qəbul edən oğlu  ağır vəziyyətdə xəstəxanaya düşdü
16 iyun 2025 19:55 (UTC +04:00)

Məşhur müğənninin narkotik qəbul edən oğlu ağır vəziyyətdə xəstəxanaya düşdü

Məşhur amerikalı müğənni Şerin oğlu həddindən artıq dozada narkotik maddə qəbul etdiyinə görə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, qeyd olunur ki, 48 yaşlı Elayc Blyu Ollman iyunun 14-də səhər saatlarında Kaliforniya ştatında xəstəxanaya yerləşdirilib. Həkimlər ona həddindən artıq dozada narkotik qəbulu diaqnozu qoyublar. Şerin kiçik oğlunun konkret hansı narkotikdən istifadə etdiyi hələlik məlum deyil.

Mənbə onu da bildirib ki, həmin şəxs hələ də ciddi həkim nəzarətindədir. Həkimlər onun vəziyyətinin çox ağır olduğunu və möcüzə nəticəsində sağ qaldığını bildirirlər. Şer indi oğlu üçün çox narahatdır. Müğənni Elaycın bütün lazımi köməyi alması üçün əlindən gələni edir.

Digər mənbə bildirib ki, Şerin oğlunu polislər xəstəxanaya aparıb. Onlar müğənninin oğlunun  özünü qeyri-sabit apardığı evə gəliblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları Elaycın üzərindən narkotik tapıb və o, xəstəxanaya aparılıb.

Yeri gəlmişkən, Ollman özü də əvvəllər narkotik aludəçisi olduğunu etiraf edib. Elaycın 11 yaşında psixotrop maddələrdən istifadə etməyə başlaması şoka salıb. O, əvvəllər də bir neçə dəfə həddindən artıq dozada narkotik qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1163

Oxşar yazılar