Müğənni Karsu dağıntılar altında qalan yaxınları üçün AĞLADI  - VİDEO
08 fevral 2023 10:51 (UTC +04:00)

Müğənni Karsu dağıntılar altında qalan yaxınları üçün AĞLADI - VİDEO

Məşhur hataylı müğənni Karsu Dönmez sosial media hesabında paylaşdığı videoda Hatayda dağıntılar altında qalan qohumları üçün ağlayaraq yardım istəyib.

Lent.az xəbər verir ki, o, videoda bu sözləri söyləyib:

“Mən də hər kəsə bir mesaj yollamaq istəyirəm. Çox yazırsınız. Xalam, nənəm, xalauşaqlarım yoxdur... Hataya yardım çox getmir, onu da ailəmdən eşidirəm. Allah hər kəsin köməyi olsun”.

Karsu etdiyi paylaşımdan 4 saat sonra nənəsinin tapıldığını və xəstəxanaya yerləşdiyi barədə sosial media hesabında paylaşım edib. Digər qohumlarından isə hələ ki, xəbər yoxdur.

Videonu təqdim edirik:
 

Müğənni Karsunun Hataydakı qohumları dağıntılar altında qalıb

# 2598
avatar

Nigar Namiq

Oxşar yazılar