Müğənni Nadir Qafarzadə teleproqramların birində oruc tutmağa iradəsi olmadığını bildirsə də, oruc tutanlara məsləhət verib.
Lent.az-ın xəbərinə görə, müğənni hamıya iftarı evdə açmağı məsləhət bilib.
“Çalışın iftarınızı evinizdə açın, savabı var. Evdə açılan iftar ruzi, bol, bərəkət gətirir. İndi çox adam iftarını restoranlarda edir. Bu düzgün deyil”, - o bildirib.
Onun sözlərinə görə, oruc tutmağa iradəsi çatmır: "Amma xanımım, oğlum, gəlinim oruc tutur. Mən də onlara evdə iftar yeməyi verirəm”, - müğənni əlavə edib.