Dünyaca məşhur müğənni Rihanna Parisdə lüks brend "Louis Vuitton"un nümayişinə təxminən 700 min dollarlıq zinət əşyaları ilə qatılıb.
Lent.az xəbər verir ki, müvafiq şəkilləri "DailyMail" nəşr edib.
Nəşrin məlumatına görə, 35 yaşlı məşhur öz seçdiyi, A$AP Rocky təxəllüsü ilə tanınan hip-hop ifaçısı Rakim Mayerslə birlikdə çıxıb. Rihanna şalvar, üst və gödəkçədən ibarət cins kostyum geyinib, onu ombasına bağlayıb. Aksessuar kimi ulduz 700 min dollarlıq "Jacob & Co" brendinin boyunbağı seçib.
Öz növbəsində Rihannanın sevgilisi eyni çaplı boz şortda, ağ köynəkdə və ona uyğun gödəkçəsində ictimaiyyət qarşısına çıxıb. Bundan əlavə, ifaçı qara papaq, çəkmə və uzun trikotaj corab geyinib.


