Ruslara könül verən  5 Hollivud ulduzu
24 fevral 2024 11:35 (UTC +04:00)

Ruslara könül verən 5 Hollivud ulduzu

Amerikalı və Avropalı kişi məşhurlar çox vaxt həyat yoldaşı kimi rus qadınlarını seçirlər. Daha doğrusu rus qadınlar onları asanca “ovlaya” bilir.

Lent.az ruslarla eşq yaşamış 5 məşhuru təqdim edir

Amerikalı aktyor Tom Kruz və Elsina Xairova

Tom artq ki, rusiyalı deputatın qızı ilə birlikdə olduğunu etiraf edib.

Amerikalı aktyor Bredli Kuper və İrina Şeyk

Dünya şöhrətli sənətçi modellə uzun müddət evli idi. Bu evlilikdə Kuper və Şeykin hətta bir qızı var idi, onun indi altı yaşı var. Lakin sonradan cütlüyün boşanması pərəstişkarlarının qəlbini qırdı. Son zamanlar Şeyk tez-tez Kuperlə görüntülənib. Buna görə pərəstişkarları cütlüyün bir araya gələcəyini xəyal edirlər.

Aktyor Conni Depp və Paulin Qlen

Bir neçə il əvvəl Conni Sankt-Peterburqlu rəqqasə Polina Qlenə aşiq oldu. Şayiələrə görə, aktyor keçmiş həyat yoldaşı Ember Herddən bu qıza görə ayrılıb. Lakin sonda Depp və Qlen xoşbəxt ailə qura bilmədilər. 2019-cu ildə ayrıldılar.

Aktrisa Lindsi Lohan və Yeqor Tarabasov

Qərb sənətçisi ürəyinin açarını Rusiyadan olan bir iş adamına verib. Lohan və Tarabasov ictimai şənliklərin birində görüşüblər.

Onların romantikası uzun sürməyib. Lohan və Tarabasov cəmi doqquz aydan sonra ayrıldılar. Ayrılıq 2016-cı ildə baş verdi, çünki gənclərin həyata baxışları üst-üstə düşmürdü. Aktrisa güclü ailə, evlilik və övladlar arzulasa da, qarşı tərəf başqa fikirdə idi.

Aktyor Mikki Rurk və Anastasiya Makarenko

Model Amerikalı aktyorun qəlbini o qədər fəth etdi ki, onlar çox uzun müddət - təxminən 11 il birlikdə oldular. Rurk 71 yaşlı kişi olsa da, yaraşıqlı olaraq qalırdı və istənilən qadını asanlıqla fəth edə bilirdi. Ancaq cütlük sonda ayrıldı.

Bu münasibətdən sonra Rurk 2019-cu ildən o, başqa bir rus qadını Olqa ilə görüşür, onun haqqında ictimaiyyət demək olar ki, heç nə bilmir.

# 5223
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar