Serenay Sarıkaya
25 may 2026 11:50 (UTC +04:00)

Serenay Sarıkaya

Serenay Sarıkaya SAXLANILDI - VİDEO

0

Türkiyədə keçirilən narkotik araşdırması çərçivəsində haqqında həbs qərarı çıxarılan məşhur aktrisa Serenay Sarıkaya, xaricdən qayıtdıqdan sonra İstanbulda saxlanılıb.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, mayın 21-də İstanbulun Beşiktaş, Sarıyer, Beyoğlu, Kağıthane və Üsküdar rayonları ilə yanaşı Muğla şəhərində ümumilikdə 25 ünvana eyni vaxtda əməliyyat təşkil edilib. Keçirilən əməliyyat çərçivəsində, aralarında Serenay Sarıkayanın da olduğu 25 şübhəli şəxs barəsində axtarış və həbs qərarı verilib.

Qeyd edək ki, haqqında həbs qərarı çıxarılan zaman xaricdə olan və Türkiyəyə qayıdacağını bildirən məşhur aktrisa, ilk açıqlamasında bu sözləri qeyd etmişdi:

“Uzun müddətdir planlaşdırdığım xarici səfər zamanı bu xəbəri aldım. Ən qısa zamanda ölkəmə qayıdıb, hər kəs kimi mən də bütün lazımi prosedurları yerinə yetirəcəyəm. Mən yaxşıyam, heç bir problem yoxdur, maraqlanan hər kəsə sevgilər…”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar