Şou-biznesin səs-küylü  QALMAQALLARI:   Təhqirlər, söyüşlər...
03 fevral 2023 18:57 (UTC +04:00)

Şou-biznesin səs-küylü QALMAQALLARI: Təhqirlər, söyüşlər...

Açıq-saçıq libaslarla, evlənib-boşanma və bahalı ad günü məclisləri ilə, qalmaqallı açıqlamalarla gündəmə gələn məşhur simalar medianın diqqətindən yayınmır. Əsasən, qalmaqallar həftələrlə, bəzən aylarla gündəmdən düşmür. Bəs son iki ildə ən yadda qalan dava-dalaşları kimlər edib?

Lent.az həmin qalmaqalları təqdim edir:

Aparıcı Rövşanə Ağasəfqızı və “SOY” prodakşının rəhbəri Oqtay Əliyev arasında ötən həftə qalmaqal yaşanıb. Onlar “Əqrəb mövsümü” serialına görə mübahisə ediblər. R. Ağasəfqızı serialda istifadə olunan uyğunsuz sözləri, redaktorun işinin yaxşı görmədiyini və televiziyada reytinqə görə keyfiyyəti aşağı olan veriliş və serialların yayımlandığını söyləyib. Oqtay Əliyev ona cavabında “Sənin də həmin verilişlərdən var idi. Sən də o proqramlardan çıxmısan. Əli Mirəliyevə deyirdin ki, “şpaqat” aç”, - deyib.

Əməkdar artist Mətanət İsgəndərli və keçmiş gəlini Canana arasında ötən illərdə dəfələrlə qalmaqal yaşanıb. Canananın üç övladının qəyyumluğu ataya verilib. Canana sonra Apellyasiya Məhkəməsinə müraciət edərək, uşaqlarının qəyyumluğunu geri alıb. Bu qərarla razılaşmayan keçmiş əri Kərim Ali Məhkəməyə müraciət edib. Ancaq Canana Lent.az-a açıqlamasında deyib ki, hazırda övladları nənələri ilə qalır və istədiyi vaxt uşaqlarına baş çəkməyə gedir. 

Aktrisa Pərvin Abıyeva aparıcı, tiktoker Azər Zahid ilə ötən il “TikTok” sosial şəbəkəsi və səviyyə üstündə dalaşıb. Azər canlı yayımda onu təhqir edən Pərvinin hesabını bağlatdırıb. Pərvin isə ona cavabında “qələt edir, mənimlə səviyyə söhbəti edir. Onun başı üçün deyil. Mən onu ömür boyu sındırmışam, sındıracam da”, - deyib. 

Ötən həftələrin birində ən çox danışılan qalmaqallardan biri də müğənni Tacir Şahmalıoğlunun həmkarı Fədayə Laçının bacısı İlahə Fəda ilə söz savaşına çıxmasıdır. Tacirin onun barəsində “yiyəsizdir, kinq-konqa oxşayır” deyib, onun bu sözlərinə  İlahə “Tacir mikrobdur, manısdır. O, yazvadır, yazva! Görür ki, adı it dəftərində də yoxdur! Adam nə qədər yaşına, kişiliyə yaraşmayan hərəkət edər?! İstəyir ki, gündəmə gəlsin, onda da mənim adımı çəkir. Ay bala, sən hara, mən hara?!”, - deyə, cavab verib.

Ötən il rəqqasə Fatimə ilə şairə Nazilə Səfərli arasında şairənin sosial şəbəkədə yazdığı statusa görə qalmaqal yaşanıb. Daha sonra Fatimə “oriental rəqs” söhbətinə görə qarşı tərəfin ünvanına sərt sözlər söyləyib. “Fatimə kimdir ki, düşmənim ola?” – sözlərini deyən N. Səfərli rəqqasəni məhkəməyə verib, ondan 50 min manat tələb edəcəyini söyləyib. 

Xalq artisti Rasim Balayev ötən il Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçildikdən sonra digər Xalq artisti Əbdül Mahmudovla arası dəyib. Bir-birilərinin ünvanına ağır sözlər səsləndirən incəsənət adamları arasındakı qalmaqal zaman keçdikcə daha da böyüyüb. Bundan sonra R. Balayev keçmiş dostuna “Axmaq, səviyyəsiz”, Əbdül Mahmudov isə aktyor barəsində “Tarixdə xəyanətkar kimi qalacaqsınız” açıqlamasını verib.

“Komedixana” şousundan gedən aktrisa Firuzə Balayeva həmkarları barədə sərt sözlər deyib aktyor Cavidan Novruzu qəzəbləndirmişdi. Belə ki, aktyor həmkarı barəsində sosial şəbəkə hesabında “İnsana deyərlər ki, özündə zərrə qədər ağıl yoxdursa, hansı cəsarətlə ağıllı yerdə, ağıllı adamlarla işləmək tələbini edirsən? İnsanın çörəyi dizinin üstündədirsə, Allah hər zaman belindən vuracaq” – sözlərini yazıb. Aktrisa Lent.az-a açıqlamasında isə ona cavab olaraq “Cavidanla heç bir problemim yoxdur. O, niyə ortalığa düşüb, bilmirəm. Cavidan Novruz kimdir ki, ondan qorxum? Heç kimdir. Mən orada heç kimdən qorxmuram. Nə var, onu danışıram. Cavidan yaxşı kişidirsə, Ənvər Abbasov məni söyəndə, təhqir edəndə onun cavabını orada verərdi. Deyərdi ki, ay kişinin oğlu, o da anadır, kiminsə bacısıdır və s. Niyə onu söyürsən? Belə cavab verərdi də ona”, - söyləyib.

Stilist Anar Ağakişiyev ilə aparıcı Nanə Ağamalıyevanın da arasında ötən il qalmaqal yaşanmışdı. Anar aparıcının ünvanına “Nanə elə bil kanal rəhbərliyidir” və s. kimi cümlələr işlədib. N. Ağamalıyeva onun sözlərinə reaksiya bildirmək istəməsə də, aralarındakı gərginlik kifayət qədər böyüyüb. 

Müğənni-aparıcı Sərxan Kərəmoğlu ilə müğənni Rəqsanə İsmayılova arasında ötən il səsli-küylü qalmaqal yaşanmışdı. Belə ki, Sərxanın Rəqsanənin qızı Aysunun evliliyi barədə səsləndirdiyi fikirlərə müğənni sərt şəkildə reaksiya vermişdi. R. İsmayılova aparıcıya votsap vasitəsilə səslər göndərərək, onun ünvanına qeyri-etik, nalayiq söyüşlər və təhqirlər söyləyib. 
 

# 4176
avatar

Nigar Namiq

Oxşar yazılar