Təranə Səmədəvoya 6 il HƏBS CƏZASI
25 yanvar 2024 13:09 (UTC +04:00)

Təranə Səmədəvoya 6 il HƏBS CƏZASI

Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən prodüser Təranə Səmədova və Rahim Həsənovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Təranə Səmədova 6 il, Rasim Həsənov isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Prokuror Təranə Səmədovanın 7 il 6 ay müddətinə, Rasim Həsənovun isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Rahim Həsənov hədə-qorxu gələrək pul tələb etmə ittihamı ilə saxlanılıb. İstintaqın gedişatı zamanı prodüser Təranə Səmədovanın da cinayət işi üzrə təqsirli olmasına şübhələr müəyyən edilib və istintaqa cəlb olunub.

Təranə Səmədova və Rahim Həsənov barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Təranə Səmədova 2017-ci ildə insan alverində ittiham olunaraq iki il müddətinə azadlıqdan məhrum olunub. 2019-cu ildə azadlığa çıxan prodüser, ötən il qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılıb. Məhkəmə T.Səmədovanın hamilə olduğunu nəzərə alaraq, onun barəsində 400 manat cərimə cəzası təyin edib, sərbəst buraxıb. /APA

# 6138
avatar

Oxşar yazılar

Madonna  30 yaşlı sevgilisindən   ayrıldı

Madonna 30 yaşlı sevgilisindən ayrıldı

27 may 2024 , 14:30
Axtarışda olan Afət Fərmanqızı Azərbaycana qayıdır - VİDEO

Axtarışda olan Afət Fərmanqızı Azərbaycana qayıdır - VİDEO

27 may 2024 , 12:29
Məşhur aktyor GÜLLƏLƏNDİ

Məşhur aktyor GÜLLƏLƏNDİ

27 may 2024 , 11:41
Mehmet Ali Erbilin paylaşımı GÜNDƏM OLDU

Mehmet Ali Erbilin paylaşımı GÜNDƏM OLDU

27 may 2024 , 10:20
Məşhur müğnni hava limanında saxlanıldı - NARKOTİKƏ GÖRƏ

Məşhur müğnni hava limanında saxlanıldı - NARKOTİKƏ GÖRƏ

25 may 2024 , 22:12
Model 118 səbəbə görə  uşaq sahibi olmaq istəmir

Model 118 səbəbə görə uşaq sahibi olmaq istəmir

25 may 2024 , 19:47
Aktrisa 66 yaşını çimərlik geyimində qeyd etdi

Aktrisa 66 yaşını çimərlik geyimində qeyd etdi

24 may 2024 , 15:49
Britni Spirs çimərlikdə foto paylaşdı

Britni Spirs çimərlikdə foto paylaşdı

24 may 2024 , 03:20