Türkiyədə tutulan məşhurlara verilən 5 SUAL  bəlli oldu
09 oktyabr 2025 11:45 (UTC +04:00)

Türkiyədə tutulan məşhurlara verilən 5 SUAL bəlli oldu

0

Türkiyədəki məşhurlara narkotik əməliyyatı keçirilməsi hələdə müzakirə edilən mövzulardandır. Dünən səhər saatlarında 19 məşhur şəxsə qarşı narkotik və psixotrop maddə istifadəsi əməliyyatı keçirildi və onlar axşam saatlarında sərbəst buraxılıblar.

Lent.az Türkiyə mediasına istinadən sənətçilərə verilən 5 sualı sizin diqqətinizə çatdırır:

BEŞ SUAL VERİLDİ

İfadə zamanı onlara bu suallar ünvanlanıb: “Narkotik maddə istifadə edirsinizmi?”, “Narkotik maddə satan biri ilə hər hansı formada əlaqəniz olubmu?”, “Narkotik maddə istifadə edilən bir məkanda olmusunuzmu?”, “Narkotik maddə istifadə edən birinə şahid olmusunuzmu?” və “Narkotik maddə istifadəsini təşviq edən və ya təbliğ edən hər hansı paylaşım etmisinizmi?”.

AYRI-AYRI OTAQLARDA SAXLANILIBLAR

Onu da qeyd edək ki, məşhurların təcridxanaya yerləşdirilmədiyi, ayrı-ayrı otaqlarda saxlanıldıqları öyrənilib. Ədliyyə-Tibbi Ekspertiza İnstitutunda prosedurları tamamlanan məşhur şəxslər gətirildikləri jandarma avtobusu ilə müəssisədən ayrılıblar. Narkotik əməliyyatı zamanı saxlanılan məşhurlar Ədliyyə-Tibbi Ekspertiza İnstitutunda qan, sidik və saç nümunələri veriblər. Axşam nişanı olacağı deyilən məşhur müğənni İrem Derici, müəssisənin həyətində görüntülənib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 990

Oxşar yazılar