Urfalı bilinən İbrahim Tatlısesin mənşəyi hər kəsi təəccübləndirir
05 avqust 2025 13:13 (UTC +04:00)

Urfalı bilinən İbrahim Tatlısesin mənşəyi hər kəsi təəccübləndirir

İllərdir Şanlıurfalı kimi tanınan məşhur sənətçi İbrahim Tatlısesin əslində atası ərəb, anası isə kürd mənşəlidir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, musiqi aləmində "İmperator" ləqəbi ilə tanınan İbrahim Tatlısesin etnik kimliyi ilə bağlı faktlar yenidən gündəmə gəlib. 

Şanlıurfada anadan olmuş sənətçinin özü haqqında illər sonra verdiyi açıqlamalar, cəmiyyətdə illərdir formalaşmış bir çox təsəvvürü dəyişib. Tatlıses etnik kimliyi ilə bağlı zaman-zaman müxtəlif açıqlamalar verib. Kanal D-də qatıldığı bir proqramda belə deyib:

“Atam ərəb, anam kürd, mən isə türkəm".

Qeyd edək ki, 2005-ci ildə Erbildə verdiyi konsertdə isə belə söyləyib:

“Atam türk, anam kürd, mən türk oğlu türkəm. Sizə Türkiyədən salam gətirmişəm".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 744

Oxşar yazılar