Vaqif Əsədov oğluna toy etdi - FOTO  + VİDEO
24 iyun 2024 14:04 (UTC +04:00)

Vaqif Əsədov oğluna toy etdi - FOTO + VİDEO

Təqaüdə göndərilən polis polkovniki Vaqif Əsədovun oğlu Pərvin Əsədovun toyu olub. 

Lent.az  xəbər verir ki, məclis şəhər restoranlarından birində keçirilib. Gecədə şou-biznes nümayəndələri iştirak ediblər. 

Toydan görüntülər sosial şəbəkədə paylaşılıb. Pərvin Röya adlı xanımla ailə qurub. Toydan bəylə-gəlinin şəkillərini fotoqraf Niko Abbasov yayımlayıb.

Qeyd edək ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov 2022-ci ildə təqaüdə göndərilib. Pərvin Əsədov İkinci Qarabağ müharibəsinin iştirakçısı olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4329
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar