Azərbaycanı "Eurovision 2014” mahnı müsabiqəsində təmsil edəcək Dilarə Kazımova orda oxuyacağı mahnıdan söz açıb. Müğənni Lent.az-a bildirib ki, tamaşaçılar ondan gözəl ifa gözləyir: “Sözün düzü bu il “Eurovision” yarışmasına çox güclü hazırlaşmışam. Hətta milli seçim turlarına qatılmadan öncə özümə söz verdim ki, əgər bu il seçilməsəm, bir daha bu müsabiqəyə qatılmayacam. Demək, Allahın qisməti bu ilə imiş. İndi müsabiqədə ifa edəcəyim mahnı barədə düşünürük. Mənim musiqi təhsilim bir neçə janrda oxumağa imkan verir. Muğamdan savayı, bir neçə üslubda mahnı ifa edə bilərəm. Amma görək, sonda hansı mahnı seçiləcək. Seçildikdən sonra, bunu sizlər də eşidəcəksiniz. Bu isə martın 15-dən tez olmayacaq”.
D.Kazımova daha sonra Lent.az-ın foto-kameraları qarşısına keçib.
Qeyd edək ki, D.Kazımova mayın 6-da Kopenhagenin "B&W” Hallerne arenasında müsabiqəsinin ilk yarımfinalında səhnəyə çıxacaq.