“Məhkəmə”də Rəhim Rəhimli ilə üz-üzə gələn müğənni
06 dekabr 2013 02:47 (UTC +04:00)

“Məhkəmə”də Rəhim Rəhimli ilə üz-üzə gələn müğənni

Vokalçı Lətifə Soyuöz ifa etdiyi “Məhkəmə” adlı mahnıya çəkilən klipinin təqdimatını  keçirib.

 

Lent.az-ın məlumatına görə, rejissor Anar Hüseynovun ekranlaşdırdığı klipdə müğənni Rəhim Rəhimli də rol alıb. Ekran işində Rəhim Lətifənin məhkəməsində iştirak edərək ona yardımçı olur.

Mahnının sözləri İlham Abduyev, musiqisi Naibə Şahməmmədovanındır.

 

Tədbirdən sonra klipin ərsəyə gəlməsindən danışan Lətifə onu da əlavə edib ki, bu klipə kifayət qədər maddi vəsait qoyulub: “Sözün düzü hər zaman səviyyəli işlərlə sevənlərimin qarşısına çıxıram. Necə deyərlər “gec olur, amma güc olur”. Bu klipdə çox pul xərcləmişəm. Bu gün çox həyəcanlı idim. Çünki düz beş ay üzərində çalışdığımız bir işi mediaya təqdim edirdim. Şükürlər olsun ki, hər şey qaydasında oldu. Sonda bu gün tədbirimə gələn hər kəsə də dərin minnətdarlığımı bildirirəm”.

 

Daha sonra müğənni R.Rəhimli də öz fikirlərini bölüşüb: “İlk olaraq Lətifəni bu gün münasibəti ilə təbrik edirəm. Ona hər zaman söyləmişəm ki, dəstək olmağa hazıram. Elə bu klipdə olduğu kimi. Ekran işinin rejissoru Anar Hüseynov klipin süjet xəttini mənə təklif edəndə sevə-sevə razılıq verdim. Çünki mən hər zaman həmkarlarıma dəstəyəm. Buna görə də, şadam”. 

 

 

 

 

# 2184
avatar

Yalçın UĞUR

Oxşar yazılar