“Qrup №1”-də kimləri tənqid atəşinə tutdular?
04 iyun 2013 14:43 (UTC +04:00)

“Qrup №1”-də kimləri tənqid atəşinə tutdular?

Ötən gün ATV kanalında yayımlanan “Qrup №1” yarışmasının növbəti efir günü baş tutdu. Lent.az-ın məlumatına görə, verilişin bu həftəki münsif qonaqları əməkdar artist  Teymur Əmrah və rejissor Aqil M. Quliyev idi. Bu həftənin duelçiləri “Classik” və “Kral” oldu. Yarışmanın  gedişatında iştirakçıların çıxışı münsiflər arasında fikir ayrılığı yaratdı. Bu dəfə münsiflər “Classik” qrupunun ifalarını bəyənsələr də, səhnə performanslarını bəyənmədilər. Eyni vəziyyətlə “Kral” qrupu da üzləşdi. Belə ki, münsiflər onların da çıxışını tənqid etdilər. Sonda  bu duelin qalibi “Kral” qrupu oldu.

Qeyd edək ki, veriliş hər həftənin bazar ertəsi, saat 21.50-də ATV-də efirə çıxır.

 

Layihənin informasiya dəstəkçisi Lent.az-dır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1067

Oxşar yazılar