Türkiyənin “Kral TV” telekanalının təşkil etdiyi “Türkiyə Musiqi Ödülləri”nin nominantları sırasına Azərbaycandan müğənni Röya Ayxan da qoşulub. Lent.az-ın məlumatına görə, bu səs vermə Türkiyədə 20 ilə yaxındır keçirilir. Azərbaycandan müsabiqəyə qatılan Röya “Gəmiçilər” mahnısı ilə “Ən yaxşı mahnı” və “Ən yaxşı sinql” nominasiyalarında yarışacaq.
Xatırladaq ki, ötən il Azərbaycandan “Türkiyə Musiqi Ödülləri” müsabiqəsinə iki küsülü müğənnimiz - Röya Ayxan və Aygün Kazımova qatılsalar da yer tuta bilməmişdilər.
Qeyd edək ki, internet vasitəsi ilə aparılan səsvermənin nəticələri apreldə bəlli olacaq.