Bir neçə ay öncə Türkiyədə “Liv Hospital”da ağır beyin əməliyyatı keçirən Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Firəngiz Mütəllimovadan xəbər var. Lent.az-a açıqlama verən aktrisa bildirib ki, o, yenidən Türkiyəyə əməliyyat olunduğu xəstəxanaya yola düşür: “Bildiyiniz kimi, bir neçə ay öncə hətta öz yaxınlarımdan xəbərsiz Türkiyədə əməliyyat keçirdim. Bu əməliyyatdan yalnız bacım Nərgiz agah idi. Ağır prosesdən sonra Bakıya qayıdıb, media mənsublarını bir araya yığaraq, haqqımda məlumat verdim. İndi şükürlər olsun ki, özümü normal hiss edirəm. Müalicəmin ilkin prosesini geridə qoydum. İndi növbəti müayinə prosesindəyəm. Üç gün sonra, yəni ayın 20-si səhər saatlarında Türkiyəyə “Liv Hospital”a gedirəm. Orada həkimim Hakan Oruc Kaptanla görüşəcəm. İnşallah, hər şeyin yaxşı olacağına inanıram”.

Oxşar yazılar

Birdən səhnədən yoxa çıxan 5 populyar müğənni
14 iyul 2025 , 13:05
Cennifer Lopesdən qisasçı mahnı: "ürəyindəki yaralara" görə Ben Afflekə təşəkkür
13 iyul 2025 , 11:00
Məşhur müğənni gizli sevgilisindən DANIŞDI
12 iyul 2025 , 18:10
Zorlama, insan alveri - Kanye Uestə qarşı 5 İDDİA
11 iyul 2025 , 14:32
Hadisənin makyajsız görüntüsü gündəm oldu
11 iyul 2025 , 10:15
Cennifer Lopez üçün Türkiyədə otaq yox, saray hazırlandı
10 iyul 2025 , 17:42
Ədalət Şükürov bağ evindən görüntülər paylaşdı - VİDEO
10 iyul 2025 , 14:33