Dilarə Danimarkada konsert verdi
05 may 2014 12:46 (UTC +04:00)

Dilarə Danimarkada konsert verdi

Azərbaycanı “Eurovision 2014” mahnı müsabiqəsində təmsil edəcək Dilarə Kazımova Danimarkada konsert verib. Lent.az-ın məlumatına görə, təmsilçimizin konserti   “Türk Günü” ilə əlaqədar olaraq baş tutub. Həmin gecə isə Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyətinin təşəbbüsü ilə keçirilib.

 

Konsert zamanı "Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqi çıxış edərək hamını "Eurovision 2014" təmsilçimizə səs verməyə çağırıb.

 

Qeyd edək ki, gecədə Türkiyənin bu ölkədəki səfiri Mehmet Dönmez, Skandinaviya Ülkü Ocaqlarının sədri Bahadur Gülər, Isveçdə fəaliyyət göstərən "Xəzər" Cəmiyyətinin sədri Leyla Kiani, Danimarkada çalışan tanınmış iş adamları, dövlət rəsmiləri, media nümayəndələri ilə yanaşı ümumilikdə 1300 nəfərdən artıq qonaq iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 813

Oxşar yazılar