“On altı, on yeddi yaşımdan tac qoyuram. Gəlin köçəndən indiyə kimi də başımda tac var. Amma heç zaman demərəm ki, bunu birinci mən etmişəm. Çünki belə şeyləri sevmirəm”. Bu sözləri Lent.az-a əməkdar artist Elza Seyidcahan şou-biznesdəki tac qalmaqalına münasibət bildirərkən deyib. İfaçı saysız-hesabsız taclara sahib olduğunu bildirib: “Mən tacı indi-indi taxmıram. Bunu ərə gedəndən, illərdir taxıram. Paltarıma uyğun gəldiyi halda istifadə etməyi xoşlayıram. Mən hətta uşaqlarımın könlünü açmaq üçün tac taxmışam. Belə ki, onlar balaca olanda, bağçada “qar qız” obrazın yaradanda tac taxmışdım. İndiyə kimi bir çox səhnələrə tacla çıxmışam. Tac mənə yaraşır. Elə bir böyük sənətim var ki, illər boyu danışaq, uğurlarımı gecə-gündüz sadalasaq yetməz. Bu aləmdə bir çoxları özlərini mənə bənzədir. Fərqli, qeyri-adiliyi bir- iki gün edirlər, üçüncü gün isə onu yerə qoyurlar. Çünki, bu iş onlarlıq deyil”.

Oxşar yazılar

Hüquqi nəzarət altına düşən beş ULDUZ
15 iyul 2025 , 19:59
Beyons konsertdən əvvəl qarət olundu
15 iyul 2025 , 14:51
Britni Spirs özü haqqında filmin çəkilişlərini dayandırdı: Nə baş verib?
15 iyul 2025 , 13:05
Onlar məşhurluqdan bezib - "Kim olduğumu unutdum"
14 iyul 2025 , 19:20
Birdən səhnədən yoxa çıxan 5 populyar müğənni
14 iyul 2025 , 13:05
Cennifer Lopesdən qisasçı mahnı: "ürəyindəki yaralara" görə Ben Afflekə təşəkkür
13 iyul 2025 , 11:00
Məşhur müğənni gizli sevgilisindən DANIŞDI
12 iyul 2025 , 18:10