Faiq Ağayev Aygün Kazımovanın müdafiəsinə qalxdı
25 may 2013 20:16 (UTC +04:00)

Faiq Ağayev Aygün Kazımovanın müdafiəsinə qalxdı

Xalq artisti Aygün Kazımovanın Azərbaycanı tərk etməsi xəbərinə həmkarı Faiq Ağayev münasibət bildirib. Lent.az-ın məlumatına görə, xalq artisti Faiq Ağayev həmkarını müdafiə edərək, bu sözləri əlavə edib: “Bu sadəcə fəryad idi. Haqsızlıqlara, ədalətsizliyə, paxıllıqdan doğan təhqirlərə qarşı fəryad. O, heç vaxt təslim olmayacaq. Sözlərimə də 100% əminəm. Çünki o, Aygün Kazımovadır. Məğlubiyyətə acizanə baş əymək, onluq deyil. Yeni uğurları üstələyəcək. Sən sevimlisən, lazımsan, güclüsən. Səninləyəm, Dost”.

 

# 2518
avatar

Oxşar yazılar