Fatimənin klipi tanınmışları bir araya gətirdi
28 fevral 2014 11:27 (UTC +04:00)

Fatimənin klipi tanınmışları bir araya gətirdi

Rəqqasə Fatimə Fətəliyeva Azərbaycan şou-biznesinin tanınmış simalarını bir araya yığaraq, yeni klipinin çəkilişlərini başa vurdu. Lent.az-ın məlumatına görə, məşhur hind aktyoru Şahrux Xanın rol aldığı bir filmdəki rəqs səhnəsini canlandıran məşhurlarımızın ekran işini türk rejissor Barış İşçi və onun komandası həyata keçirib.

 

 

Layihəsinin çəkilişi bitər-bitməz rəqqasə Fatimə öz təəssüratlarını Lent.az-la bölüşüb: “İnanırsınız, hazırda çox yorğun olsam da bunun fərqinə varmıram. Çünki gördüyümüz bu proyektdən böyük bir zövq aldım. Çünki layihədə yer alan sənətçilər hamısı yaxın dostlarımdır. Onların bir çoxu çəkilişə bir ay öncə hazırlaşmışdılar. Lakin Rüfət Axundov, Mətanət İsgəndərli və Emil Bədəlov bizə yeni qoşulmuşdu. Amma onlarda öz öhdələrinə düşən rəqsi məharətlə oynadılar. Bir sözlə çəkiliş günü dostlarım möhtəşəm idilər. Əziyyəti keçən hər bir kəsə ayrı-ayrılıqda təşəkkürümü bildirirəm”.

Qeyd edək ki,  “Bu şəhərdə” nin yumor ustaları Coşqun Rəhimov və Rəfael İsgəndərov, əməkdar artist Mətanət İsgəndərli, Nüşabə Ələsgərli, müğənnilər Rüfət Axundov, Ramal İsrafilov, Emil Bədəlov, Roza Zərgərli, Nadir Qafarzadə, Günay İbrahimli, Xəyyam Nisanov, Aşıq Samirə, aparıcı Nanə Ağamaliyeva və digər məşhurlar yer alıb.

 

Çəkilişdən olan fotoları təqdim edirik

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2081

Oxşar yazılar