Xalq artisti Nazpəri Dostəliyeva martın 20-də Moskvanın özəl məkanlarının birində konsert proqramı ilə çıxış edəcək. Lent.az-ın məlumatına görə, N. Dostəliyeva hazırda həftənin hər günü 5-6 saat məşq edir. Xanım sənətçi konsertə görə Avropada gerçəkləşdirəcək işlərini müəyyən vaxta qədər təxirə salıb.
Xatırladaq ki, o, Moskva konsertində 2 saat canlı mahnılar ifa edəcək. Gecənin aparıcısı isə Kamran Həsənli olacaq.
Qeyd edək ki, bu, N. Dostəliyevanın səhnə fəaliyyəti ərzində verəcəyi 30-cu konsertdir.