Nisə Qasımova hansı həmkarına qəzəblənib?
28 fevral 2014 10:19 (UTC +04:00)

Nisə Qasımova hansı həmkarına qəzəblənib?

Xalq artisti Nisə Qasımova həmkarı Brilliant Dadaşovaya  qarşı qruplaşmada adının hallanmasından qəzəblənib. Belə ki, maqazin proqramlarının birinin anonsunda Nisə xanımın Faiq Ağayevlə birgə fotosu və Brilliant Dadaşovaya qarşı birləşmələri haqda məlumat yayımlanıb.  Bu olaydan qəzəblənən N. Qasımova Lent.az-a açıqlama verib:  

 

“Mən ümumiyyətlə həmişə  qruplaşmanın əleyhinə olmuşam. Kimsə cəsarət edib mənim yerimə danışmasın. Küsməyi bacardığım kimi barışmağı da bacarıram". Xalq artistinin açıqlamasından bəlli olur hazırda soyuq münasibətlərdə olan hər iki sənətkar xanımlar arasında yaxın zamanlarda barışa bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1413

Oxşar yazılar