Türk Dünyasının yeni sənət kraliçası bəlli oldu
04 iyun 2013 15:02 (UTC +04:00)

Türk Dünyasının yeni sənət kraliçası bəlli oldu

Dünya Azərbaycanlılarının Konqresi Bakıda mükafatlandırma mərasimi keçirib. Lent.az-ın məlumatına görə, mükafat alanlar arasında xalq artisti  Brilliant Dadaşova da olub. O,  Azərbaycan mədəniyyətini yüksək səviyyədə təbliğ etdiyinə görə “Sevgi” mükafatına layiq görülüb.

 

Xatırladaq ki, Amaliya Pənahova, Fəxriyə Xələfova, Nurəddin Mehdixanlı, Hüseynbala Mirələmov, Məleykə Əsədova, tanınmış teleaparıcılar, mətbuat işçiləri də  mükafat alanlar sırasında olub.

 

Qeyd edək ki, B.Dadaşova səhnəyə çıxanda aparıcı Sərxan Kərəmoğlu onu "Türk dünyasının sənət kraliçası" kimi təqdim edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2343

Oxşar yazılar