Türkiyə mətbuatı Mustafa Cecelinin Gəncə konsertindən yazdı
22 may 2014 18:37 (UTC +04:00)

Türkiyə mətbuatı Mustafa Cecelinin Gəncə konsertindən yazdı

Türkiyə mətbuatı bir müddət öncə Azərbaycanda konsert verən Mustafa Cecelidən yazıb. Lent.az-ın məlumatına görə, türkiyəli həmkarlarımız M.Cecelinin Gəncədə verdiyi konsertindən savayı onun Azərbaycan mahnısını albomuna daxil etməsini də qeyd ediblər. Mustafa Cecelinin Gəncədə olarkən yeni albomunun çıxacağını xəbər verməsi türkiyəli jurnalistlərin diqqətini xüsusi ilə cəlb edib.

 

Qeyd edək ki, M.Cecelinin yeni albomunda 2 Azərbaycan mahnısı yer alıb. Bunlar “Aləm gözəl” və “Bir anlıq” adlı bəstələridir.

 

Onu da qeyd edək ki, M.Cecelinin Gəncədəki mayın 10-da baş tutub. Həmin gün Mustafa ilə eyni səhnəni Türkiyənin digər tanınmış müğənnisi Hadisə bölüşmüşdü.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1186

Oxşar yazılar