Müğənni Xatirə İslam oğlu Emilin doğum gününü təmtəraqlı şəkildə qeyd edəcək. Lent.az-ın məlumatına görə, Xatirə bu münasibətlə bu gün paytaxt məkanlarının birində ziyafət təşkil edib.
Xatirə oğlunun xeyir işində media nümayəndələrinin çəkilişinə 1 saat icazə verib. Müğənni gecəyə şou-biznesdə ən yaxın dostlarını çağırsa da, əksər həmkarlarına dəvət göndərməyib.
Qeyd edək ki, X. İslam 2012-ci ilin iyununda Fəxrəddin adlı hərbçi ilə ailə qurub.