5 min qalaktikanın 3D vizual təsviri hazırlandı
17 iyul 2023 01:59 (UTC +04:00)

5 min qalaktikanın 3D vizual təsviri hazırlandı

0

ABŞ-nin Aeronavtika və Kosmik Tədqiqatlar üzrə Milli Agentliyi (NASA) bu günədək ən mükəmməl kosmik teleskop olan “James Webb”in çəkdiyi 5 min qalaktikanın 3D vizual təsvirini və ulduz doğuşu prosesini nümayiş etdirib.

Lent.az xəbər verir ki, kainatın 3D vizual görüntüsü Genişləndirilmiş Qrup Zolağı kimi tanınan bölgədən məlumat toplayan CEERS (kosmik təkamülün erkən yayılması elmi) çərçivəsində aparılan tədqiqatın kiçik bir hissəsində təxminən 5 min qalaktikanı təsvir edir.

Astronomlar bildiriblər ki, kamera nöqteyi-nəzərimizdən uzaqlaşdıqca məlumat bazasına hər saniyə 200 milyon işıq ili səyahət əlavə olunur. Video böyük partlayışdan 390 milyon il sonra və ya təxminən 13,4 milyard il əvvəl əmələ gələn “Maisie's Galaxy”də bitir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2125

Oxşar yazılar