67 milyon illik dinozavr skeleti satılır-FOTO
12 mart 2023 02:18 (UTC +04:00)

67 milyon illik dinozavr skeleti satılır-FOTO

0

67 milyon il əvvəl yaşamış dinozavrın (tiravozavr) skeleti hərraca çıxarılıb.

Lent.az-ın xəbərinə görə, satış İsveçrənin Sürix şəhərindəki Koller hərrac evində 18  apreldə keçiriləcək.

“Trinity” adlanan skeletin uzunluğu 11,6 metr, hündürlüyü 3,9 metrdir. Nadir skeletin 6-8 milyon dollar arasında satılacağı ehtimal edilir. 
2013-cü ildə ABŞ-da tapılmış skelet dövrümüzə çox yaxşı səviyyədə gəlib çatıb. 

Qeyd edək ki, 2020-ci ildə ABŞ-da bir tinanozavr skeleti 32 milyon dollara satılmışdı. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2271

Oxşar yazılar