Adəm və Həvvadan əvvəl yaşayan insan qalıqları tapıldı – ALİMLƏR ŞOKDA
15 aprel 2021 15:05 (UTC +04:00)

Adəm və Həvvadan əvvəl yaşayan insan qalıqları tapıldı – ALİMLƏR ŞOKDA

Elm adamları Keniyada Türkan gölünün sahilində aparılan qazıntılar zamanı dünyada yaşayan ilk insanların qalıqlarını aşkar ediblər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, qalıqların yaşı 1,86 milyon il əvvələ aid olduğu təxmin edilir.

Tədqiqatçıların sözlərinə görə, bu insanlar Adəmlə Həvvadan da qabaq yaşamış “Homo” cinsinin ilk nümayəndələrindir.

Tapıntının şokundan hələ də ayılmayan mütəxəssislər “qədim sakin”lərin “Homo erectus” növünə aid olduğuna inanırlar: 

“Bunlar bədən quruluşu müasir insanlara bənzəyən ilk hominiddir. Onların “Homo sapiens”in əcdadı olduğu barədə fərziyyə var. Müasir dövrümüzdə bu növün mənşəyini və sonrakı təkamülünü təsdiqləyən çox az məlumat toplanıb”.

Xatırladaq ki, XX əsrin ikinci yarısında Şərqi Türkan ərazisində aparılan qazıntılar zamanı “Homo erectus”un varlığına dair dəlillər tapılmışdı.

# 6975
avatar

Rəsul SARI

Oxşar yazılar