"Airbus" "Boeing"i geridə qoydu: 24 saat fasiləsiz uçdu
02 avqust 2026 22:00 (UTC +04:00)

"Airbus" "Boeing"i geridə qoydu: 24 saat fasiləsiz uçdu

0

Qantas hava yolları üçün xüsusi hazırlanmış “Airbus” A350-1000ULR sərnişin təyyarəsi 24 saat 24 dəqiqə fasiləsiz uçaraq mülki aviasiya tarixində ən uzun fasiləsiz uçuş rekordunu qırıb.

Lent.az xəbər verir ki, təyyarə Avstraliyanın Melburn şəhərindən qalxaraq Sakit və Atlantik okeanlarını keçib, 23 075 kilometr məsafə qət etdikdən sonra Fransanın Tuluza şəhərinə eniş edib.

Yeni rekord 2005-ci ildən “Boeing” 777-200LR-ə məxsus olan 22 saat 42 dəqiqəlik göstəricini geridə qoyub. Uçuş Qantasın Sidney-London və Sidney-Nyu-York marşrutlarını birbaşa həyata keçirməyi hədəfləyən “Project Sunrise” layihəsi çərçivəsində sınaq məqsədi daşıyır.

“Airbus” bu modelə əlavə 20 900 litrlik yanacaq çəni quraşdırıb, təyyarə “Rolls-Royce Trent” XWB-97 mühərrikləri ilə təchiz edilib.

Tarixi uçuşu “Flightradar24” platformasında 3,6 milyondan çox insan izləyib.

Təyyarənin kommersiya reyslərinə 2027-ci ildə başlaması planlaşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 192

Oxşar yazılar