Goranboyda ata oğlunu bıçaqlayaraq öldürdü -YENİLƏNİB
02 avqust 2026 09:05 (UTC +04:00)

Goranboyda ata oğlunu bıçaqlayaraq öldürdü-YENİLƏNİB

1

Goranboyda oğlunu bıçaqlayaq qətlə yetirən ata saxlanıb.

Lent.az APA-ya istinadən xəbər verir ki,  polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində E. Aslanovu qətlə yetirməkdə şübhəli bilinən 57 yaşlı Şahin Aslanov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

saat 03.55

Goranboyda atası tərəfindən qətlə yetirilən şəxsin kimliyi məlum olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, qətlə yetirilən 1993-cü il təvəllüdlü, 33 yaşlı Elvin Aslanovdur.

İlkin məlumata əsasən, Goranboy şəhər sakini, 1969-cu il təvəllüdlü Ş.Aslanov münaqişə zəminində yaşadığı evdə oğlu E.Aslanova kəsici alətlə xəsarətlər yetirib. Aldığı xəsarətlərdən E.Aslanov hadisə yerində ölüb.

Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Goranboy rayon şöbəsinə təhvil verilib. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

***
03:39

Goranboy rayonunda qətl hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun mərkəzi küçələrindən birində qeydə alınıb.

İlkin məlumata əsasən, ata ilə oğlu arasında yaranan mübahisə zamanı ata oğluna bıçaqla xəsarət yetirib. Ağır yaralanan şəxs hadisə yerində ölüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1383

Oxşar yazılar