Alimlər quşların nəğməsinin sirrini tapdı
28 iyul 2026 06:40 (UTC +04:00)

Alimlər quşların nəğməsinin sirrini tapdı

0

Beynəlxalq tədqiqat qrupu süni intellektdən istifadə edərək dünyanın müxtəlif bölgələrindən toplanmış 116 mindən çox quş nəğməsini təhlil edib.

Lent.az xəbər verir ki, araşdırma nəticəsində minlərlə fərqli quş növünün bir-birindən tamamilə fərqli görünən nəğmələrinin əslində cəmi səkkiz əsas akustik səs modelindən formalaşdığı məlum olub.

Bu kəşf quşların ünsiyyət sisteminin düşündüyümüzdən daha sadə və ortaq prinsiplərə əsaslandığını göstərir.

Tədqiqat həmçinin göstərib ki, quşların yaşadığı mühit onların nəğməsinə ciddi təsir edir.

Meşələrdə yaşayan quşlar səsin ağaclar arasında daha yaxşı yayılması üçün fərqli melodiyalardan istifadə edir, açıq ərazilərdə yaşayan növlər isə daha uzaq məsafəyə çatacaq nəğmələr seçirlər.

Alimlər hesab edirlər ki, bu nəticələr quşların təkamülü və ünsiyyət mexanizmlərinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar