Ancelina Coli FTB-ni MƏHKƏMƏYƏ  verdi
17 avqust 2022 13:49 (UTC +04:00)

Ancelina Coli FTB-ni MƏHKƏMƏYƏ verdi

Hollivudun məşhur aktrisası Ancelina Coli ABŞ-ın Federal Təhlükəsizlik Bürosuna (FTB) qarşı iddia qaldırıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, buna 2016-cı ildə təyyarədə keçmiş əri Bred Pittlə aralarındakı olan münaqişə səbəb olub.

Ancelina bildirib ki, 2016-cı ildə təyyarə ilə digər ölkəyə səfər etdikləri zaman Bred sərxoş halda onu və böyük oğlunu təhqir edib.

Colinin sözlərinə görə, onun çiyinlərindən tutaraq güclü silkələyərək "Sən bu ailəni məhv edirsən!", deyə qışqırıb. 

Coli hadisədən 5 gün sonra boşanmaq üçün məhkəməyə müraciət edib. Daha sonra FTB nümayəndəsi Pittin hərəkətlərində istintaqı davam etdirmək üçün heç bir əsaslı səbəb olmadığını vurğulayıb.

Qərardan narazı qalan Ancelina Coli FTB-yə qarşı iddia qaldırıb.
 

# 1947
avatar

Oxşar yazılar