Ayaqqabı qutularından çıxan bu paketləri  atmayın
06 dekabr 2023 09:56 (UTC +04:00)

Ayaqqabı qutularından çıxan bu paketləri atmayın

Yeni alınan ayaqqabı qutularının içərisində adətən kiçik paketlərdə xırda silikon muncuqlar olur.

Onları çox zaman istifadəsiz bilib atırıq. Halbuki gələcəkdə də lazım ola bilər.

 Lent.az onları harada və necə işlədə biləcəyiniz barədə məlumat verir.

Güclü nəmçəkmə qabiliyyəti olan bu silikon muncuqları işlətmədiyiniz yorğan döşəyin arasına qoyun. Nəmini alır.

Evinizdə mismar, kəlbətin, açar, çəkic saxladığınız qutunuz varsa, dəmir alətlərinizin içərisinə bu paketləri atın. Paslanmanın qarşısını alır.

Ayaqqabılarınızın içərisində nəmişlik varsa bu paketlərdən istifadə edin.

İdman çantanıza, paltar şkaflarına, səyahət çamadanlarına da bu paketlərdən atın. Həm pis qoxunun qarşısını alır, həm də nəmişlikdən, kifdən qoruyur.

Silokon muncuqları hərdən bir yeniləyə bilərsiniz. Bunun üçün onları bir boşqaba töküb mikrodalğalı sobada və ya elektrik sobasında 100 dərəcədə  isidin, sonra  kağız salfetlərin içərisində  saxlayın.

# 133908
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar