Bacısı Ronaldonun spirtli içkidən niyə  imtina etdiyini   AÇIQLADI
23 iyun 2023 12:47 (UTC +04:00)

Bacısı Ronaldonun spirtli içkidən niyə imtina etdiyini AÇIQLADI

0

Portuqaliyalı futbolçu Kriştiano Ronaldonun bacısı Kati Aveyr0 idmançının spirtli içkidən imtina etməsini açıqlayıb. 

Lent.az  xarici mediaya istinadla bildirir ki, o, bu barədə “Instagram”da danışıb.

“O, qəti qərara gəldi ki, heç kimin kölgəsi olmayacaq. Alkoqoldan asılı olan atası kimi olmayacaq - və buna görə də Kriştiano heç vaxt bir damla spirt içməyib”, - Aveyro deyib.

O qeyd edib ki, qardaşı onu əhatə edən bütün uğursuzluqlara baxmayaraq qalib ola bilib.

Bundan əvvəl Ronaldo Portuqaliya millisinin heyətində dünya rekorduna imza atdıqdan sonra emosiyalarını bölüşüb. O, millinin heyətində 200-cü oyununda qazandığı qələbənin xüsusi zövqü olduğunu bildirib. "Qələbə qolu ilə bitirmək üçün - daha çoxunu gözləyə bilməzdim. Bu, əla və unudulmaz idi”, - portuqaliyalı bildirib.

Ronaldo iyunun 20-də Avro-2024-ün seçmə mərhələsinin dördüncü turunun Portuqaliya - İslandiya oyununda meydana daxil olub. 89-cu dəqiqədə o, topu qapıdan keçirərək komandasına qələbə qazandırıb. İslandiyalılarla oyundan əvvəl 38 yaşlı hücumçuya Ginnesin Rekordlar Kitabının sertifikatı təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1859

Oxşar yazılar