Soçi sakinin tutduğu nəhəng kambala balığı
01 may 2021 19:29 (UTC +04:00)

Soçi sakinin tutduğu nəhəng kambala balığı

Balıqçının tutduğu nəhəng kambala hər kəsi heyrətləndirdi - VİDEO

Söçidə yaşayan balıqçının internetə yerləşdirdiyi nəhəng ovu hər kəsin marağına səbəb olub. 

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Qara dənizdən tutulan kambala cinsli balıq 18 kilo ağırlığındadır.

Videoda göründüyü kimi, nəhəng olduğuna görə ovçu balığı tək əli ilə saxlaya bilmir. 

İzləyicilər şərh bölümündə ovu heç də müsbət qiymətləndirməyib. Çoxları yazıb ki, balığda ətdən daha çox kürü var. Hətta balığa yazı gələnlər də olub, onun dərhal suya buraxılmasını xahiş ediblər.

Həmin videonu təqdim edirik:


 

# 5913
avatar

Rəsul SARI

Oxşar yazılar