Dənizdə 3 əsrlik gəmilər aşkar edildi
24 noyabr 2022 07:56 (UTC +04:00)

Dənizdə 3 əsrlik gəmilər aşkar edildi

Danımarka sularında 300 il əvvəl batmış 3 gəmi aşkar edilib.

Lent.az xəbər verir ki, bu barədə Nyheder Televiziyası məlumat yayıb.

Gəmilər dənizin 150 metr dərinliyində, dəniz naviqasiyası yollarından kənarda aşkar edilib. Batan gəmilər dövrümüzə salamat şəkildə gəlib çatıb. Gəmilərdəki pivə çəlləkləri və toplar zədələnməyib. Alimlər bunu dənizin həmin hissəsində canlıların az olması ilə izah edirlər.
Tədqiqat nəticəsində sübut edilib ki, qəza zamanı gəmidən heç kim xilas ola bilməyib. 
 

# 2172
avatar

Oxşar yazılar