Dünyanın ən böyük  ağcaqanadı
20 aprel 2024 17:18 (UTC +04:00)

Dünyanın ən böyük ağcaqanadı

Dünyanın ən böyük ağcaqanadının bir nümunəsi (bu böcək növləri arasında) Sıçuan əyalətinin Çendu şəhərindəki Qərbi Çin Həşərat Muzeyində saxlanılır.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, 2018-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb.

Ağcaqanad Holorusia Mikado növünə aiddir.

Onun qanadlarının uzunluğu 11,15 santimetr, pəncələri arasındakı məsafə isə 25,8 santimetrdir.

Xoşbəxtlikdən, bu ağcaqanad çiçək nektarıyla qidalanır. 

Qeyd edək ki, bundan əvvəl dünyanın ən böyük ağcaqanadını İngilis təbiətşünası Mark Karvardin “Heyvanların qeydləri” kitabında təsvir edib.

2007-ci ildə nəşr olunan və Londondakı Təbiət Tarixi Muzeyi tərəfindən hazırlanan bu kitabda ön və arxa ayaqları arasında maksimum 23 santimetr məsafədə olan bir ağcaqanad təsvir edilib.

# 1755
avatar

Arzu Qurbanlı

Oxşar yazılar