Dünyanın ən çox 10 immiqrant  ÖLKƏSİ
29 mart 2023 14:50 (UTC +04:00)

Dünyanın ən çox 10 immiqrant ÖLKƏSİ

Beynəlxalq dövriyyə günü-gündən yüksələrkən, öz ölkələrini tərk edib başqa ölkələrə köç edənlərin sayı durmadan artır. Xüsusilə 2020-ci il bu mənada dönüş nöqtəsi kimi oldu. Beynəlxalq Miqrasiya Təşkilatı 2020-ci ildə rekord sayda insanın zorakılıq və qarşıdurmalar səbəbindən evlərini tərk etmək məcburiyyətində qaldığını açıqlayıb və Dünya Miqrasiya Hesabatında 26 milyon yeni qaçqının qeydə alındığı bildirilib. Müxtəlif səbəblərdən miqrasiyanı seçənlərin sayı sürətlə artır.

Lent.az xarici KİV-ə istinadən dünyada ən çox immiqrant göndərən 10 ölkəsini təqdim edir:

Rusiya 

Rusiyadan kənarda təxminən 20-30 milyon etnik rus yaşadığı təxmin edilir. Həmçinin 2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzündən sonra 2022-ci ilin mart ayının ortalarına qədər 300 mindən çox Rusiya vətəndaşı və sakininin Rusiyanı tərk etdiyi təxmin edilir.

2022-ci ildə Türkiyədə yaşamaq icazəsi olan əcnəbilərin ən böyük qrupu, 2021-ci ildəki 65.121-dən iki dəfə çox olmaqla, ilin sonuna 145.715 ilə ruslar olub.

Çin

Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, 10 milyondan çox mühacirlə Çin dünyada ən çox immiqrant göndərən ölkələr siyahısında dördüncü yerdədir. Ancaq qeyri-rəsmi rəqəmlərə görə, öz ölkələrindən kənarda yaşayan 50 milyondan çox çinlinin olduğu təxmin edilir.

Suriya 

Xüsusilə Suriya Vətəndaş Müharibəsi başlayandan sonra istər daxili, istərsə də xarici miqrasiyanın böyük artım göstərdiyi ölkənin Türkiyəyə ən çox köç etdiyi məlumdur. 13 milyondan çox suriyalının beş ildən artıqdır ki, Suriyada didərgin düşdüyü güman edilir.

31 dekabr 2022-ci il tarixinə Türkiyədə müvəqqəti qoruma statusu altında qeydiyyata alınan Suriyalıların sayı əvvəlki ayla müqayisədə 41 min 816 nəfər azalaraq cəmi 3 milyon 535 min 898 nəfərə çatıb. Müvafiq olaraq, son 1 ildə qeydə alınan suriyalıların sayı 201 min 471 nəfər azalıb.

Banqladeş 

Əhali sıxlığına görə dünyanın ən sıx məskunlaşdığı ölkələrdən biri olan Banqladeş də ən çox immiqrant göndərən ölkələrdən biridir. Beynəlxalq Miqrasiya Təşkilatının son hesabatına görə, xaricdə yaşayan 7,40 milyon miqrantla Banqladeş 2020-ci ildə dünyanın altıncı ən çox göndərən ölkəsi oldu.

Pakistan

Dünyanın ən sıx məskunlaşdığı ölkələrdən biri olan Pakistan öz bölgəsində ən çox immiqrant qəbul edən və eyni zamanda ən çox immiqrasiya göndərən ölkələrdən biridir. Yoxsulluq pakistanlıların öz ölkələrindən köç etməsinin əsas səbəblərindən biridir.

Ukrayna 

Birləşmiş Millətlər Təşkilatının 2020-ci il məlumatlarına görə, Ukrayna dünyanın ən çox immiqrant göndərən 10 ölkəsi siyahısında 8-ci yerdədir.

Sovet İttifaqının dağılması və Ukraynanın müstəqilliyini elan etdiyi gündən bu yana ölkədə xüsusilə işsizlik səbəbindən gənc və savadlı əhalinin miqrasiyası davam edərkən, bu gün Rusiya-Ukrayna müharibəsi səbəbindən xarici miqrasiyanın artdığı məlumdur. 

# 1746
avatar

Fidan İlqar

Oxşar yazılar