İnsan beyni haqqında İNANILMAZ HƏQİQƏT:  ölümdən sonra da...
27 noyabr 2022 16:14 (UTC +04:00)

İnsan beyni haqqında İNANILMAZ HƏQİQƏT: ölümdən sonra da...

Ölüm insanlığın ən çox düşündüyü şeylərdən biridir. Ölüm bir dəfə gəlir və geriyə dönüş yoxdur. Ölümlə bağlı bir çox ehtimal düşünülürsə, şüur da bu düşüncələr arasındadır. Həqiqətənmi həyatımız bir film lenti kimi gözümüzün qarşısından keçir? 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Böyük Britaniyanın Banqor Universitetinin koqnitiv nevrologiya professoru Qiyom Terri beynin bədəni tərk etdikdən sonra məlumatı emal etməyə nə qədər davam edəcəyi barədə çox fikirləşib. Deyirlər ki, o, Fransa İnqilabı tarixini oxuyanda və “gilyotin” anlayışı ilə tanış olanda bu məsələ onun beynini məşğul edib. Gilyotin ölüm hökmündə olan şəxsin başını kəsmək üçün istifadə edilən alətdir.

6 dəqiqə sonra

İndiyə qədər əldə edilən məlumatlar göstərib ki, beyin ürək dayandıqdan 6 dəqiqə sonra ölür. Alim əlavə edib ki, ölüm anında beyində pisləşmə geri dönməz həddə çatıb və həmin an şüur hiss etmək qabiliyyətini itirməyə başlayıb və düşüncələr insana məxsusdur.

Siçanlar üzərində aparılan təcrübələrə görə, huşunu itirdikdən bir dəqiqə sonra sinir fəaliyyətinin dayandığı müşahidə edilib və bu fərziyyəni təsdiqləyən nəticələr tapılıb.

Daha uzun çəkə bilər

Ancaq alim Qiyom Terriyə görə, insanlarda bu müddət daha uzun ola bilər! Bu yaxınlarda apardıqları təcrübədə alimlər 87 yaşlı epilepsiya xəstəsini araşdırmaq üçün elektroensefaloqrafiya (EEQ) cihazından istifadə ediblər.

Lakin xəstə infarktdan dünyasını dəyişib və bu gözlənilməz hadisə alimlərə ilk dəfə ölən insanın beyin fəaliyyətini qeydə almağa imkan verib. Bu təcrübə nəticəsində beyin ölüm prosesi zamanı 15 dəqiqə aktiv olaraq qalıb. Terri isə bu məsələ ilə bağlı ekstremal vəziyyətlər yaşayan insanların 6, 7, 8 və hətta 10 dəqiqə sonra həyata qayıda biləcəyini, buna görə də beynin bağlanmasının nəzəri olaraq saatlarla çəkə biləcəyini iddia edib.

# 3393
avatar

Oxşar yazılar