İt meymunçiçəyinə yoluxdu:  İLK HADİSƏ
17 avqust 2022 19:05 (UTC +04:00)

İt meymunçiçəyinə yoluxdu: İLK HADİSƏ

Parisdə ilk dəfə itdə meymunçiçəyi xəstəliyinə yoluxma qeydə alınıb. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 4 yaşlı italyan tazı meymun çiçəyinə yoluxub.

Əvvəlcə xəstəliyin əlamətləri sahiblərində ortaya çıxıb. 12 gündən sonra isə itdə eyni təzahürlər müşahidə edilib. Dəridə və selikli qişalarda qıcıqlanmalar, qarın nahiyəsində və anusda xoralar əmələ gəlib.

Sahibləri etiraf ediblər ki, itə içarpayıda onlarla yatmağa icazə veriblər. Eyni zamanda, xəstələndikdən sonra itin digər heyvanlarla və insanlarla təmasını məhdudlaşdırıblar.

Ümumdünya Səhiyyə Təşkilatının meymunçiçəyi üzrə aparıcı mütəxəssisi Rosamund Lewis bunun insandan heyvana ilk yoluxma hadisəsi olduğunu deyib.
 

# 1341
avatar

Fidan İlqar

Oxşar yazılar