Kameralardan gizlənə bilən  KÖYNƏK HAZIRLANDI
01 mart 2023 14:58 (UTC +04:00)

Kameralardan gizlənə bilən KÖYNƏK HAZIRLANDI

0

Gənc mühəndislərdən biri maraqlı köynək hazırlayıb. 

Lent.az xəbər verir ki, mühəndis Mak Pirs insanları gecə vaxtı kameralardan gizlədə bilən sviter düzəldib. 

“Camera Shy Hoodie” adlanan bu sviteri geyinən şəxs təhlükəsizlik kameralarından asanlıqla keçə bilər. Onun bədəni görünsə də, üzü qətiyyən kameralara düşmür. 

Mühəndisin hazırladığı bu sviter çox adidir. O, köynəyin boynuna IR LED işıq mənbəyi tikib. Bu zaman təhlükəsizlik kameraları, gecə görmə cihazları və infraqırmızı projektorlar kimi eyni dalğalı işıqlar buraxır. Radiasiyanın ahənginə uyğun olaraq görüntülərdə şəxsin üzü işıqlarla örtürülür. 

Mühəndis bildirib ki, paltarlara daha çox LED quraşdıraraq insan bədəninin çox hissəsini kameralardan gizlətmək olar. Onun sözlərinə görə, sviterdəki LED-lər infraqırmızı işıqdan istifadə etdiyi üçün görünmür. Yəni heç bir şübhə yaratmır. 
 

Mak Pirsin bu layihəsi təxminən 270 dollara başa gəlib. 


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3224

Oxşar yazılar