Köpək balığı gəmiyə HÜCUM ETDİ
28 aprel 2023 16:48 (UTC +04:00)

Köpək balığı gəmiyə HÜCUM ETDİ

Avstraliyanın Bermaqi şəhərinin sahillərində qəzəbli köpəkbalığı peşəkar balıqçı Ceyson Moyesin gəmisinə hücum edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Moyesin sözlərinə görə, dəniz yırtıcısı ilə qarşılaşma sürətli və güclü olub.

Qəzəblənən köpəkbalığı yan tərəfə o qədər dəyib ki, gəminin mavi boyasında köpək balığının izləri qalıb. Zərbədən dərhal sonra o, üzərək uzaqlaşıb.

Balıqçının sözlərinə görə, köpəkbalığının uzunluğu təxminən dörd metr olub.

# 1374
avatar

Fidan İlqar

Oxşar yazılar