Körpəlikdə oğurlanan  kişi anasına qovuşdu
05 mart 2023 09:28 (UTC +04:00)

Körpəlikdə oğurlanan kişi anasına qovuşdu

0

Texas ştatının Hyuston şəhərinin sakini, körpəlikdə oğurlanan Devid Everi bioloji anasını tapıb.

Lent.az-ın xarici mediaya istinadən məlumatına gör, kişi Çilidə anadan olub və 10 aylıq olarkən anası Teresa del Karmen Kamposdan qaçırılıb. Everi anasından alınaraq Şimali Amerika və Avropada ailələrə verilən minlərlə çilili uşaqdan biri olub. Everi həmişə himayədar ailədə yaşadığını bilirdi, lakin onun övladlığa götürülməsinin qanunsuz olduğundan şübhələnməyib.

10 ildən artıqdır ki, kişi müxtəlif təşkilatlara müraciət edərək bioloji ailəsini axtarıb. Del Karmen Kampos da oğlunu tapmaq cəhdindən əl çəkməyib. 2022-ci ildə o, Çilidə oğurlanmış uşaqlar haqqında öyrənib və məqsədi övladlığa götürülmüş uşaqları bioloji Çili ailələri ilə birləşdirmək olan “Connecting Roots” qeyri-kommersiya təşkilatı ilə əlaqə saxlayıb.

Könüllülər DNT testindən istifadə edərək Everi tapıb onun del Karmen Kamposla əlaqəsini təsdiqləməyə nail olublar. Fevralın ortalarında kişi bioloji ailəsinə qovuşmaq üçün Çiliyə uçub.

Del Karmen Kamposun dediyinə görə, oğlunu hava limanında ilk görəndə qaçaraq onu bərk-bərk qucaqlayıb və buraxmaq istəməyib. “Bu, qeyri-real bir şey idi. Sanki yuxuda idim", - Everi xatırlayır.

Del Karmen Kampos həmçinin bildirib ki, kişini övladlığa götürən anası Meriyə ona xoşbəxt uşaqlıq bəxş etdiyinə və onu gözəl insan kimi böyütdüyünə görə həmişə minnətdar olacaq. 

1974-cü ildən 1990-cı ilə qədər Çilidə minlərlə oğurluq və yeni doğulmuş uşaqların qanunsuz övladlığa götürülməsi halları baş verib. Bu dövrdə ölkəyə diktator Auqusto Pinochet rəhbərlik edirdi.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3268

Oxşar yazılar